Oğlan sevgilisini belə şantaj etdi

Xırdalanda gənc qız şantaj olunub.

Lent.az-ın məlumatına görə, polisə şikayət edən Ş.A. qeyri-rəsmi nikah münasibətlərində yaşadığı İsmət adlı şəxsin onun səmimiyyətindən istifadə edərək qeyri-münasib şəkillərini çəkdiyini və bu şəkillərlə onu şantaj etdiyini bildirib.

Oğlan bu yolla sevgilisindən 3000 manatdan çox pul alıb. Daxil olan şikayət əsasında Abşeron rayon Polis İdarəsində araşdırmalar başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv