Oğurluq edib qaçarkən uçan hasarın altında qaldı

İmişli sakini uçan hasarın altında qalaraq ölüb

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində baş verib. Əslən Kəlbəcər rayonundan olan 1984-cü il təvəllüdlü Maqsud Xələfov oğurluq etdiyi yerdən qaçarkən beton hasar üzərinə aşıb. Nəticədə o hadisə yerində ölüb.

Ölən şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Oğurluqda iştirak edən digər şəxs polis tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv