Oğuzda 3 tondan artıq narkotik yandırıldı

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Polis əməkdaşları tərəfindən ərazidən 3 180 kiloqram çətənə kolu yığılaraq yandırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv