Oğuzda dağlıq-meşəlik ərazidə yanğın baş verib

Oğuzda dağlıq-meşəlik ərazidə yanğın baş verib.

 

APA TV-nin məlumatına görə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayonu ərazisində başlayan yanğın nəticəsində bir hektardan çox ərazi yanıb.

 

Yanğın nəticəsində kol-kos, xəzəl və quruyan ağac budaqları yanıb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50 nəfər  canlı qüvvəsi, həmçinin müvafiq qurumların əməkdaşları cəlb edilib.

 

Yanğın məhdudlaşaraq genişlənməsinin qarşısı alınıb.

Müəllif | Apa.Tv
Apa.tv