Oğuzda iki maşın toqquşdu, 91 yaşlı sərnişin öldü

Oğuzda baş verən ağır yol qəzasında 91 yaşlı kişi ölüb.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib. Oğuz rayon sakinin idarə etdiyi “Ford” markalı yük maşını ilə rayonun  Qumlaq kənd sakini 67 yaşlı Yusif Abdulqədir oğlu Ramazanovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub.

 

Qəza zamanı xəsarət alan Yusif Ramazanov və onun sərnişini olan həmkəndlisi, 91 yaşlı Əhməd Asim oğlu Rəhimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Yaralıların vəziyyətləri ağır olduğundan, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan 91 yaşlı Əhməd Rəhimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv