Oğuzda karantin qaydalarını pozan çayxana sahibi və müştəriləri cərimələndi
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.
Onların barəsində protokol tərtib edilərək cərimələniblər.