Oğuzda narkotik yetişdirən şəxs tutuldu
Oğuzda yaşadığı evin həyətyanı sahəsində narkotik becərən şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev yaxalanıb.
Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan ümumi çəkisi 4 kq 345 qr və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı, çəkisi 2 kq 610 qr çətənə kolu aşkar edilərək götürülüb.
Sahabir Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.