Oğuzdakı yanğınla bağlı məlumat

Zaqatala və Oğuz rayonlarında meşə və meşə ətrafı ərazilərdə yanğınlar olub.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Oğuzda baş verən yanğın barədə məlumat yayıb.

 

FHN-dən APA-ya verilən xəbərə görə, Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında təqribən 3 ha sahədə kol-kos, qurumuş ağaclar və ağac kötükləri yanıb.

 

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv