Ölən erməni əsgərlərin valideynlərindən yeni tələb: Həmin polislər tutulsun
Ermənistanda 2020-ci müharibəsi zamanı ölən erməni əsgərlərin valideynləri aksiya keçiriblər. Onlar İstintaq Komitəsinin önünə toplaşıblar. Bu barədə “Sputnik Armenia” məlumat verib. Bildirilib ki, onlar ötən il sentyabrın 21-də Yerablur qəbiristanlığında baş vermiş həbslərlə bağlı araşdımaların aparılmasını tələb ediblər. Xatırladaq ki, həmin gün bir neçə siyasi fəal Ermənistanın Baş naziri Nikol Paşinyanın qəbiristanlığa gəlməsinə narazılıq edərək yolu kəsməyə çalışıblar. Vəziyyəti nəzarət almağa çalışan polsilər bir neçə fəallı, o cümlədən ölən erməni əsgərlərin valideynləri həbs edib. Hökumət həmin polislərə qarşı zoralıqla bağlı cinayət işi qaldırıldığını élan etsə də, sonradan məlıum olub ki, istintaq dayandırılıb.