Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı ANBAAN VİDEO – APA TV
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, körpənin ölüm səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılıb.
APA TV Bizimmedia.az istinadən həmin görüntüləri təqdim edir.