Ölüyə borcu olan şəxs, dirini güllələdi - AĞDAMDA SİLAHLI İNSİDENT
Ağdamda 31 yaşlı şəxs güllələnib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, silahlı insident Yüzbaşılı kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlu güllələnib. Orxan Məmmədov ölən atasına borclu olan həmkəndlisi Cəbrayıl İsmayılovdan pulu istəyəndə onların arasında mübahisə yaranıb. Cəbrayıl İsmayılov odlu silahdan atəş açaraq, Orxan Məmmədovu yaralayıb.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.
Cəbrayıl İsmayılovun Orxan Məmmədovun bir neçə il əvvəl ölən atası Bəhlul Məmmədova 60000 manat borclu olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.