Oman sultanı 79 yaşında vəfat edib

Oman sultanı Qabus bin Səid Əl Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. 

APA Tv xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının Katibliyinin  "Twitter" hesabında bildirilib.

Sultan Qabusun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib, 40 gün müddətinə dövlət bayraqları endirilib.

Qeyd edək ki, sultan 2015-ci ildən etibarən xərçəng xəstəliyindən əziyyət çəkidri. Belçikanın klinikalarından birində müalicə olunan Qabus Bin Səid ötən il dekabrın sonunda vətəninə qayıtıb. 

Digər ərəb liderlərindən fərqli olaraq, Qabus varis adını açıqlamayıb. Buna görə də növbəti sultanın kim olacağı hələlik bilinmir. 

Müəllif | Apa.Tv
Apa.tv