“Omicron”a yoluxanların vəziyyəti necədir?

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

 

APA TV xəbər verir ki, məlumatda deyilir: "Koronavirusun "Omicron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.

 

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

 

Müəllif | Apa.Tv
Apa.tv