Ömrünün 14 ilini hərbiyə həsr edən döyüşçünün son sözləri nə oldu?
Düşmən təxribatının qarşısını almaq məqsədilə həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan leytenant Əli Rüstəm oğlu Babazadə 14 il idi xidmət edirdi. Astara rayonunun Kələdəhnə kəndində anadan olan şəhidimiz vətəni öz canından çox sevib. O, 44 günlük müharibədə də böyük qəhrəmanlıqlar göstərib. Antiterror tədbirləri zamanı axırıncı dəfə ailəsi ilə danışaraq, “hər şey yaxşıdır, təki Vətən sağ olsun, vətən üçün canımızdan, qanımızdan keçməliyik” demişdi şəhid leytenant Əli Babazadə. Qeyd edək ki, Əli Babazadə ailəli idi. Bir qız, bir oğlan övladı var idi. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara