Onlar prokurorluğun dostu seçildilər
Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Baş prokuror Kamran Əliyev qurumun həmişə kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
Daha sonra Xaçmaz Rayon Prokurorluğunun böyük müstəntiqi, ikinci dərəcəli hüquqşünas Əzimli Fərrux Natiq oğlu, “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, ağır cinayətlərə dair məhkəmələrdə dövlət ittihamının müdafiəsi şöbəsinin Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuroru Rəhimov Rəhim Müşfiq oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçilib.
Baş prokuror Kamran Əliyev müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar, həmçinin xidməti vəzifələrinin icrasında fərqlənmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edib.
Baş Prokurorluq tərəfindən “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatlar verilib.
“Prokurorluğun dostu” mükafatı "APA Media Group"a daxil olan Lent.az xəbər saytının baş redaktoru Hafiz Heydərova, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov və "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşova təqdim edilib.