15:26 13 may 2022 115
Ana səhifə Xəbərlər

Onların maaşının yenə də artırılması bizim üçün prioritetdir - Rəşad Mahmudov

“Orta tibb personalının yüksək ixtisaslaşmasına, onların dosent, professor olması üçün yollarının açılması lazımdır”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

Deputat bildirib ki, bu gün Azərbaycanda tibb bacılarının maaşında da qənaətbəxş artım var: “Amma onların maaşının yenə də artırılması bizim üçün prioritetdir. Biz xəstəxanaların və insan resurslarının təkmilləşməsi üçün çalışmalıyıq”.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın