“Opel” işıqforun qırmızı işığında dayanan “Renault”a çırpılıb - Bakıda

Bakının Nəsimi rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

APA TV-nin məlumatına göə, hadisə Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Belə ki, Ayaz Mikayılov idarə etdiyi “Renault” markalı avtomobillə işıqforun qırmızı işığında dayanıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Opel” markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Faktla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Müəllif | Apa.Tv
Apa.tv