Ordu bölmələrimizin döyüş atışlı gecə təlimi - POLİQONDAN
Azərbaycan Ordusunun bölmələrinin döyüş atışlı gecə təlimləri keçirilib.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, təlim Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən baş tutub.
Təlimə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri düşmənin gecə vaxtı hücumunun ona müxtəlif istiqamətlərdə cavab zərbələrinin endirilməsi ilə dəf edilməsi və qoşunlarımızın müdafiədən əks-hücuma keçməsi tapşırıqlarını icra edib.