Ordu hərəkətə keçdi – Qəzza intensiv atəşə tutuldu – APA TV

HƏMAS-ın hücumu nəticəsində İsraildə ölənlərin sayı 900-ə yaxınlaşıb. 150-yə yaxın insan isə yaraqlılar tərəfindən əsir götürülüb. Yaralanan İsrail vətəndaşlarının sayı 2 616-ya yüksəlib. Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son bir neçə saat ərzində xəstəxanalara ən azı 578 nəfər gətirilib ki, onlardan 157-nin vəziyyəti kritik qiymətləndirilir. İsrail ordusunun Qəzzaya hücumları əhəmiyyətli dərəcədə artırılıb. Bu barədə İsrail müdafiə naziri Yoav Qallant əmr verib. Nazir qeyd edib ki, hazırki, əməliyyat İsrailin gələcəyinə təsir edən müharibədir. Qeyd edək ki, daha öncə də İsrail Baş naziri Benyamin Netenyahu quru əməliyyatlarına başlanacağı barədə xəbərdarlıq edib.

Müəllif | Apa.Tv
Apa.tv