Ordubad rayonunda qasırğa baş verib
Bu gün təxminən saat 14.00-14.30 radələrində Ordubadda qum fırtınasına bənzər qasırğa olub. Apa tv xəbər verir ku, hərəsində 5 dəqiqə olmaqla iki dəfə əsən güclü külək elektrik və rabitə xətlərini sıradan çıxarıb, evlərin damlarını uçurub, bir neçə ağacı aşırıb. yerli sakinlərin dediyinə görə, Ordubadda belə bir təbii hadisənin ilk dəfədir şahidi olurlar. Ölən və yaralanan yoxdur.