Ordubadda XIX əsrin yadigarı olan bu fabrikdə indi də ipək parçalar qalır
Fabrik yaradılarkən buraya 96 çeşməli 24 ədəd dəzgah gətirilib. Həmin dövr üçün çox əhəmiyyətli işlərdən biri olan baramaçılığın inkişafında bu fabrikin böyük töhfəsi olub. Vaxtı ilə qızıla bərabər tutulan ipək parçaların, iplərin qalıqları bu gün də bu fabrikdə qalmaqdadır. Bu ipəklər bir zamanlar İranda, Türkiyədə, eyni zamanda, Avropanın bir çox ölkəsində bazarlara çıxarılardı.