Ordubadın bu çərəzi gəlin köçən qızların cehiz sandığına qoyulur

Ordubadın bu çərəzi gəlin köçən qızların cehiz sandığına qoyulur - APA TV Naxçıvan mətbəxinin əvəzedilməz nemətlərindən biri də sucuqdur. Ekoloji cəhətdən təmiz kalori mənbəyi sayılan bu təam Ordubad rayonunda hazırlanır. Sucuğu hazırlamaq üçün əvvəlcə onun “bulamac” deyilən əsas tərkib hissəsi hazırlanır. Bunun üçün bizə un, su, şəkər tozu lazımdır. İşimizin əsas hissəsi bitdikdən sonra əvvəlcədən yaş-yaş sapa düzülən qozlar hazır mətə salınır. Sucuq buranın ən dadlı çərəzlərindən biri hesab edilir. Ordubadın çox yerində sucuğa “basdıx” da deyilir. Rayonda belə bir adət də var ki, sucuğu və digər çərəzləri gəlin köçən qızların cehiz sandığına qoyular, həmin ­ təamlar bəy xonçalarını bəzəyir.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv