12:43 26 noyabr 2022 151
Ana səhifə Xəbərlər

Ordumuz Ermənistan bölmələrinə atəş açıb? - RƏSMİ CAVAB

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

 

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın