Ordumuz Ermənistan istiqamətinə atəş açıb? - RƏSMİ CAVAB

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

 

Bu barədə APA TV-y’ Müdafiə Nazirliyindən bildirilib.

 

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda vurğulanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv