Ordumuz genişmiqyaslı təlimlərə başladı

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ordumuz bu gündən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

 

10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimlər mayın 22-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv