Ordumuzun düşməni qorxuya salan artilleriya silahları - REPORTAJ

Artilleriya qoşunlarının döyüş hazırlığı təlimləri davam etdirilir.

 

APA TV xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam olunmuş media nümayəndələri açıq havada qoşunların praktiki təlimlərini canlı izləyiblər.

 

Öncə özü yeriyən  artilleriya qurğularının təlim məşqləri keçirilib.

 

Gördüyümüz bu hərbi texnika İsrail istehsalı olan “Lar” raket sistemidir. Bu raket qurğusu 45 km məsafədə düşmənin dislokasiya məntəqələrini, artilleriya və komanda məntəqələrini məhv etmək gücünə malikdir. Döyüş texnikasının əsas üstünlüklərindən biri qısa vaxt ərzində yerdəyişmə manevri edə bilməsidir.

 

Artilleriya birliklərinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində  əldə etdikləri bilik və bacarıqları təlim zamanı da istifadə ediblər. Təlimlər zamanı əsas hədəf düşmənin qəfil hücumu zamanı  əks hücum əməliyyatlarının dəqiq yerinə yetirilməsi, düşmən hərbi məntəqələrinin yerinin vaxtında müəyyən olunması, həmin ərazilərin qısa vaxt  ərzində bombarduman edilməsi və düşmənin mümkün qədər çox itkiyə məruz qoyulması olub.

 

Daha sonra media nümayəndələrinə düşmən üzərində qələbəmizin əsas vasitəçilərindən PUA və 90 km məsafədə düşmənin döyüş mövqelərini yox etmək gücünə malik “smerç” raket qurğusunun  döyüş vəziyyətinə gətirilmə prossesi göstərilib.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin artilleriya bölmələrinin təlim prossesləri  jurnalistlər üçün açıq qapı formatında təşkil olunub. Belə ki, təlimləri yaxından izləməklə yanaşı media nümayəndələri N saylı hərbi hissə ilə yaxından tanış olub, əsgərlərlə birlikdə nahar edib.

 

Xələf Xələfov

Musa Qulammirzəyev

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv