Ordumuzun hərbi qulluqçusu həlak oldu
İyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb. Bu barədə APA TV-yə Baş Prokurorluqdan bildirilib. Bildirilib ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.