Ordumuzun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib
Dünən naməlum şəraitdə həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, 1984-ci il təvəllüdlü Məmmədov Elyarbəy Beyqalı oğlu böyüyüb, boya-başa çatdığı Samux rayonun Sarıqaya kəndində dəfn edilib.
Mərasimdə rayon rəhbərliyi, Müdafiə Nazirliyin nümayəndələri, onun hərbçi yoldaşları, dostları iştirak edib. Eliyarbəy Məmmədovun 4 övlad yadigarı qalıb.
Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.