Ordumuzun nüfuzuna hansı kanal kölgə salıb? - PROKURORLUQDAN XƏBƏRDARLIQ

Baş Prokurorluq "Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq edib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

 

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

 

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv