Orta aylıq əməkhaqqı nə vaxt qalxacaq?

 

“2018-ci ildə leqal əmək haqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır”. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, bu il orta əmək haqqının 1000 manata yaxınlaşacağı proqnozlaşdırılır. Bu rəqəm cazibəli görünür. Bəs yaxın aylarda orta aylıq əməkhaqqının qalxması ehtimalı varmı? İqtisadçılar bildirirlər ki, cari ilin sonu növbəti il üçün orta aylıq əmək haqqı arta bilər. Ancaq nazirliyin proqnozundakı 1000 manat sadəcə rəqəmdir. Çünki... Ekspert bildirir ki, biz kağız üzərində hər şeyin düzgün, bir birinə paralel şəkildə olduğunu, yəni maaş artımıyla qiymət artımı arasında ciddi fərqin olmadığını görürük. Əslində isə pulun dəyəri düşür və mövcud vəziyyətdə əhalinin rifahı qiymətləndirilməlidir. Bunun qarşısını almağın yolu da alternativ hesablamaların aparılmasından keçir. Ekspert onu da bildirdi ki, özəl şirkətlərin işlərini ikili mühasibatlıq sistemiylə qurması da orta aylıq əmək haqqına təsir edir. Qeyd edək ki, orta aylıq əmək haqqının yüksəlməsi daha çox pensiya ödənişlərinə təsir edəcək. AYNUR QARA ARİQ ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv