Ötən gecədən indiyədək 24 yol qəzası baş verib – ÖLƏN VAR
Bakıda zəncirvarı yol qəzası olub.
Şahidlərin APA TV-yə verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Qeyd edək ki, gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub.
Vaqif Əsədov sürücüləri Bakıda sürüşmənin çox olduğu ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb:
Piyadalara çağırış edən Vaqif Əsədov onları əsasən yolların hərəkət hissəsinə çıxmamağa çağırıb.