Ötən gün 6 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyi (FHNötən sutka baş verən hadiosələrlə bağlı məlumat yayıb.

 

FHN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Ucar rayonunun Bərgüşad kəndində “Opel” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol kənarındakı dərəyə aşaraq deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib.

 

Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Hüseynova Məsumə Əbdülrəhman qızının meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv