Ötən həftə Çindən Avstraliyaya gələn turistdə virus aşkarlanıb

Ötən həftə Çindən Melburna gələn turistdə virus aşkarlanıb.

APA Tv-nin  “Routers”ə istinadən verdiyi məlumata görə, virusdan ölənlərin sayı 41 nəfərə çatıb. Daha 1300 nəfərin bu virusa yoluxduğu bildirilir.

 

Çinin Mərkəzi Televiziyası xəbər verir ki, hazırda bu virusa yoluxmuş şəxslərlə əlaqə saxlayan  15 min nəfər müəyyənləşib. Onlar həkim nəzarəti altına alınıb.

Son olaraq Mərkəzi Çində yerləşən Uxan şəhərində 62 yaşlı həkim Lyan Udun koronavirusdan vəfat edib.

Ötən həftə Çindən Avstraliyanın  Melburn şəhərinə gələn turistdə virus aşkarlanıb.

Avstraliyalı həkim Brendan Murfinin dediyinə görə, xəstənin halı şənbə günü pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Xəstə Melburna gələndə sağlam olub. Daha sonra onda xəstəliyin simptomları inkişaf edib.

Avstraliyanın Baş naziri Skott Morrison hökumətin bütün tədbirlər gördüyünu bildirib.

Malayziyada da üç nəfərdə virus aşkarlanıb. Bunlar da Çin vətəndaşlarıdır.

Mərkəzi Çində yerləşən Uxan şəhəri tamamilə təcrid olunub. Şəhərlə nəqliyyat əlaqəsi məhdudlaşdırılıb. Bazar günü isə avtomobil gəzintilərinə məhdudiyyətlər qüvvəyə minəcək.

Çin hakimiyyəti yerli həkimlərə kömək üçün bir qrup hərbi həkimi bölgəyə göndərib.


 

 

Müəllif | Apa.Tv
Apa.tv