Ötən ilin bu günü – GƏNCƏ TERRORU

44 Günlük Vətən müharibənin ilk günlərindən üstünlük ordumuzda idi. Qazanılan qələbəni həzm etməyən düşmən isə Gəncə raket zərbəsi altında qoyurdu. Cəbhə xəttindən uzaq olan mülki əhalini hədəfə alan düşmən əslində necə aciz olduğunu göstərirdi. Oktyabrın 11-də şəhərə atılan raketdən 10 nəfər həyatını itirmişdi. Əslində Azərbaycan xalqı mülki əhalinin şəhid edilməsi ilə bağlı dünyanın sərt reaksiya verəcəyini və belə halın bir daha təkrarlanmayacağını güman edirdi. Lakin oktyabrın 17-si gecə saat 1-də şəhərə iki raket hücumu olur.

Artıq bir neçədə dəfə idi ki, Gəncə şəhəri ermənistan ordusu Gəncəni raket hucumana  məruz qalırdı.

“Raket zərbəsindən atasını itirən (bomba düşən an birinci avtazavod tərəfə düşdü, həmin səsi elə bil biz zəif eşitdik da. Uşaqlar qışqıranda dedim qorxmuyun qorxmuyun, bir də gördüyümüydü elə ev uçdu başıma, qaldım ikinci mərtəbə eləbil uçdu hamısı başıma da belə deyim. Evin altında qaldım büklü vəziyyətdə.Heç nədən əlaqəm olmadı, elə bildim yuxu görürəm”.

“Bəli, həmin gecə birinci raket Cavad Xan qəsəbəsində fərdi evlərə düşüb. Orada bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Cəmi bir-iki dəqiqə fərqlə ikinci zərbə Aida İmanquliyeva küçəsinə endirildi. Gəncə bir neçə dəfə raket hücumuna məruz qaldı. Ən böyük insan tələfatı isə sonuncu iki raket hücumu nəticəsində baş vermişdi. Həlak olanlar arasında uşaqlar və körpələr də var idi. Bu isə onun göstərirdi ki, şəhər dəfələrlə raket hücumuna məruz qalsa da uşaqdan böyüyə heç kəs şəhəri tərk etmirdi. 17 oktyabr gecəsi 14 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, ərazidə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyibdir. Həmçinin ərazidəki nəqliyyat vasitələri də yararsız hala düşüb. Əsgərovlar ailəsi də həmin axşam 8 nəfər ailə üzvü ilə evlərində olublar. Ailənin qızı Sevil Əsgərova həyat yoldaşı cəbhədə olduğundan təhlükəsizlik üçün 10 aylıq körpəsi ilə birgə müvəqqəti ata evinə sığınıb. Raket onların evinin düz üstünə düşdüyündən həlak olanlar arasında Sevillə  10 aylıq Narin də var idi. Ümumilikdən ailədən 5 nəfər həyatını itirib, qalan 3 nəfər isə dağıntılar altından yaralı çıxarılıb”.

“Raket zərbəsindən 5 nəfər ailə üzvünü itirən (Məni çıxartdılar, hamısını çağırdım heç hansı hay vermədi. Bir adamdan bir inni-cinni səs gəlmədi. İndi fikrimdə odur ki, Sevil Narini götür qaç, elə bilirəm təzə tökülüb nəsə, təzə olub. Sevil o dağıntının altından nətər çıxsın anası ölmüş.//bir dənə də vaenni var idi, dedim sa qurvan olum onun atası da hərbiçidir 10 aylıq körpə uşaq var.o uşağa bir şey olsa onun anası dəli olacaq, yaşamaz. 5 ildən sonra bir dənə Narin olub)”.

Ermənistan silahlı qüvvələrinin sonuncu terror törətdiyi  nəticəsində raket düşən yerin  10 metrliyində yerləşən Gəncə şəhər 10 nömrəli Körpələr Evi Uşaq Bağçası və Gəncə şəhər 29 nömrəli tam orta məktəbə də ziyan dəyib. Terror zamanı 29 nömrəli tam orta məktəbin 3 şagirdi şəhid olub, biri isə yaralanıb.

Ermənilərin xisləti, acizlikləri bizə birinci Qarabağ müharibəsindən tanış mənzərə idi. Lakin 21-ci əsrdə Beynəlxalq hüququn işlədiyi bir dövrdə bu cür hərbi cinayətin işlənməsi, cavabsız qalması, dünya ictimaiyyətinin bu terrora lazımi qiyməti verməməsi təəssüf doğurur. Qeyd  edək  ki, Erməni terrorçularının 2020-ci ildə ümumilikdə Gəncəni 8 dəfə müxtəlif təyinatlı raketlərindən hədəf alması nəticəsində 6-sı uşaq olmaqla 26 nəfər dinc sakin həyatını itirdi, 127 nəfər isə 29-u uşaq olmaqla müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv