Ötən sutka 27 yanğın hadisəsi baş verib
Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.
FHN-dən APA TV-yə verilən xəbərə görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən tədbirlər nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Həmçinin, Yasamalda 75 yaşlı Solmaz Qurbanova və Şirvanda 57 yaşlı Zöhrab Qarayevin meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.