Ovçular çobanı güllələdi - GORANBOYDA

Goranboyda çoban güllələnib.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi yaxınlığında yerləşən “Boz dağ” adlanan ərazidə qeydə alınıb.

 

Çobanlıqla məşğul olan Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Şövqi Cəmşid oğlu Hümbətəliyev qoyun otaran zaman baldır nahiyəsindən güllə yarası alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Yaxınları çobanın dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb.

 

Faktla bağlı araşdırmalara başlanıb.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Gəncə

 

Müəllif | Apa.Tv
Apa.tv