Övladının gözü qarşısında keçmiş həyat yoldaşının başını kəsdi
Tovuzda dəşhətli cinayət hadisəsi baş verib, kişi keçmiş həyat yoldaşını qətlə yetirib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Bir müddət əvvəl Rusiyadan qayıdan 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov 37 yaşlı Ramilə Rüstəmovan barışmaq təklif edib. Bu zaman aralarında yaranan mübahisə davaya çevrilib.
O, keçmiş həyat yoldaşının boğazını övladının gözü qarşısında kəsib. İki uşaq anası olan Ramilə Rüstəmova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Rayon polis şöbəsinin əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaliq Rüstəmov maddi sübutlarla birlikdə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Tovuz