Övladlığa verilən uşaqların sayı açıqlandı

APA TV-nin xəbərinə görə, Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

 

2021-ci ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. 63 uşaq yaxın qohum tərəfindən övladlığa götürülüb. Əcnəbilər tərəfindən övladlığa götürmə olmayıb.

 

Qeyd edək ki, bu il övladlığa verilən uşaqlardan 75-i 0-3 yaş, 27-si 4-11 yaş, 8-i isə 12-18 yaş arasında olub.

 

Müəssisədən övladlığa verilən 22 uşaqdan 17-si evli valideyn-namizəd, 5-i subay valideyn-namizədlər tərəfindən övladlığa götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv