Özəl klinikalarda peyvəndlərin şok qiymətləri
Azərbaycanda qızılca sürətlə yayılır. Hətta peyvənd olunanlar da bu xəstəliyə yoluxur. Əslində insanların əksəriyyəti belə düşünür ki, qızılcanın yayılma səbəbi peyvənd olunmamaqdır. Hətta valideynləri peyvənddən qorxmaqda qınayırlar. Virusların kütləvi ölümə səbəb olduğu, pandemiya və epidemiya olduğu ərəfələrdə peyvəndin önəmi üzə çıxır. Peyvəndlər dövlət tibb müəssisələrində ödənişsiz olsa da, özəl klinikalarda ödənişli və olduqca bahadır. Paytaxtdakı bir neçə özəl klinika ilə əlaqə saxlayıb peyvəndlərin qiymətini öyrəndik. Məlum oldu ki, qızılca üçün peyvənd 123 manatdan 190 manata, Qrip üçün 80 manatdan 140 manata, difteriya, tetanus, göy öskürək, poliomielit, hepatit A, HİV çöpləri əleyhinə birlikdə Heksaksin peyvəndi 187 manatdan 220 manata, Suçiçəyi əleyhinə 159 manatdan 217 manata, Vərəm əleyhinə (BeSeJe) 10 manata, Difteriya və tetanus əleyhinə birlikdə peyvənd isə 20 manatadır. Onu da qeyd edək ki, peyvəndin vurulması üçün də əlavə olaraq 20 manat xidmət haqqı istənilir. Bundan əlavə özəl klinikalarda həkim qəbulu 40 manatdan başlayır. Özəl klinikalarda peyvəndlərin dodaquçurdan qiymətləri valideynləri çaşdırır. Həkim deyir ki, qızılca peyvəndi olunanlar azdır. Aytən İsmayılzadənin sözlərinə görə həm özəl klinikalarda, həm dövlət tibb müəssisələrində vaksinlər eynidir. Həkim deyir, peyvəndləmə mərkəzləşmiş şəkildə olmalıdır. Həkimin sözlərinə görə, bu və ya digər səbəbdən valideynlərin uşaqlarına peyvənd vurdurmamasının heç bir məntiqi yoxdur, təsəvvür edin bu gün ki gündə difteriya yayılsa nə olar? , çox dəhşətli mənzərə yaranar. Ona görə də həm hər kəs zamanında peyvənd olunmalıdır. AYNUR QARA VÜSAL BAYRAMOV APA TV