“Özlərini bu cür ideya ilə Azərbaycan cəmiyyətinə sırıyırlar”

“Azərbaycanda olan hərc-mərclik vətəndaş müharibəsinin, dövlət çevrilişlərinin, qardaş qanının tökülməsinin qarşısının alan Ümummilli lider Azərbaycanda sivil, demokratik yolla seçkilərin və hakimiyyətdə təmsil olunmanın əsasını qoydu”.

Bunu Milli Məclisin bugünkü iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, vaxtilə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün həmişə dediyi söz var idi: “Bizi silah yolu ilə gəlmişik, bizi ancaq silah yolu ilə devirmək olar”. İndi demokratiyadan, insan hüquqlarında dəm vuranlar özlərini bu cür ideya ilə Azərbaycan cəmiyyətinə sırıyırlar. Azərbaycan artıq özünün ərazi bütövlüyü təmin edib, artıq inkişaf etmiş Avropa ölkələri sırasındadır”.

Müəllif | Apa.Tv
Apa.tv