Özünü çoban, qardaşını isə müdir kimi təqdim etdi – GƏNCƏDƏ DƏLƏDUZLAR TUTULDU

Gəncədə dələduzluq edən dəstə ifşa edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Respublikanın müxtəlif rayonlarında fermerlərə xeyli miqdarda maddi ziyan vuran - çoban, müdir və sürücü olaraq plan quraraq hərəkət edən şəxslər yaxalanıb.

Saxlanılanlar Daşkəsən rayonun Dəstəfur kənd sakinləri - əvvəllər məhkum olunmuş Elvin Mürsəlov və qardaşı Rahibdir. Qardaşlar müxtəlif fermerlərə çoban olaraq xidmət göstərməyi təklif ediblər. Lakin xidmət haqqını əvvəlcədən almaq şərti ilə: “Müdirlərə zəng edib demişəm fermada işləyirəm. Ancaq borcum var borcumu göndərin gəlim işləyim. Onlarda pulu göndərib mən getməmişəm. Guya bunun işlədiyi fermanın sahibiyəm. Nömrəmi verirdilər, onlar da mənə zəng edirdi, deyirdilər sizə pul çatasıdır. Mən özüm çıxıb götürməmişəm. Ya taksi ilə göndəriblər, ya da Cəbi çıxıb götürüb”.

Qardaşların Cəbi adlandırdığı Cəbrayıl Abbasovdur. Belə ki, özünü çoban kimi qələmə verən Elvin Mürsəlov pulu sürücü işləyən Cəbrayıl Abbasovun vasitəçiliyi ilə qazanırmış. Əldə edilən vəsait isə 3 nəfər arasında bölünüb: “Göndərirdilər, pulu götürürdüm. Pulu gətirirdim. 450 manat bir götürmüşəm, 100 manat da birindən götürmüşəm”.

Həmin şəxslər barəsində cinayət işi başlanıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv