Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edib evdən pul və qızıl oğurlayan şəxs tutuldu

Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edib evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən bir nəfərin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək 3600 dollar və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib.

 

Keçirilən əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qənbərov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

 

Saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv