Özünü öldürmək istəyən kişini xilas edən polislər də yandı

Daxili İşlər Nazirliyi (DİN) dünən Goranboy rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhdlə bağlı məlumat yayıb.

 

APA TV-nin xəbərinə görə, DİN-in məlumatında bildirilib ki, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini Sərdar Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

 

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

 

Sərdar Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

 

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv