Özünü reklam edir, pulunu camaatdan alır - Marketlərin torba satışı nə işə yarayacaq?

Fevralın 15-dən etibarən ölkənin ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca pul alınacaq. Kiçik ölçülü torbalar 3, böyük ölçülülər isə 5 qəpiyə satılacaq. Bu addımın ətraf mühitin çirklənməsinin qarşısını almaq, ekologiyanı qorumaq üçün atıldığı bildirilir.

Bəs, alıcılar və mütəxəsislər nə düşünürlər? Bu qərar həqiqətən ekologiyanın təmizliyinə xidmət edəcək, yoxsa?..

Bəzi şəxslər polietilen torbaların ödənişli olmasını marketlərin yeni gəlir sahəsi kimi dəyərləndirirlər. İqtisadçı ekspert Eldəniz Əmirov isə bu cür düşünmür.

Ekoloq Qorxmaz İbrahimli isə əslində bu addımın ekologiyaya xeyrinin olmadığını düşünür.

Marketinq üzrə mütəxəssis Cahid Həsənov isə deyir ki, bu addım ekologiyanı qorumaq üçün atılmayıb. Bu yeni bir reklam strategiyasıdır.

Mütəxəssislər onu da bildirirlər ki, üzərində hansısa marketin və ya məhsulun reklamı olan paketin ödənişli olması da anormal haldır. Bu o deməkdir ki, həm məhsulunu reklam edir, həm də istehlakçıdan pul alır. Halbuki tamam əksi olmalıdır. Bəs nə edək ki, həm ətraf mühit çirklənməsin, həm də hansısa marketinq hiyləsinin qurbanına çevrilməyək?

Ekspertlər bunun üçün tək yol görürlər, marketə gedərkən özümüzlə kağız və parça torba götürməli, bacardıqca sellofan torbalardan uzaq durmalıyıq.

Müəllif | Apa.Tv
Apa.tv