Pakistanda musson yağışları mindən çox insanın ölümünə səbəb olub

 

İyundan bəri Pakistanda musson yağışları mövsümü mindən çox adamın ölümünə səbəb olub. APA-nın xəbərinə görə, bu barədə “Figaro” Pakistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması onlarla tikilini, o cümlədən 1 lüks oteli yuyub aparıb. Bəzi yaşayış məntəqələrinin əhalisinə çaylar daşmadan evlərini tərk etmək göstərişi verilib. Rəsmi statistikaya görə, hər 7 pakistanlıdan biri bu musson mövsümündən əziyyət çəkib. Sentyabradək davam edən musson yağışları kənd təsərrüfatı üçün zəruri olsa da, bəzən ciddi fəlakətlə nəticələnir.

Müəllif | Apa.Tv
Apa.tv