Pakistanın milli bayramı Bakıda qeyd edildi

Bakıda Pakistanın Milli Müdafiə Günü qeyd olunub. 

 

APA TV-nin məlumatına görə, Pakistanın milli bayramı - Müdafiə Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və media mənsubları iştirak ediblər.


Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni ölkəsinin milli bayramı - Müdafiə Gününün tarixi barədə iştirakçılara məlumat verib.

”Pakistanın Milli müdafiə gününə təşrif buyuran  hər kəsə təşəkkürümü bildirirəm. Bu gün Pakistan əsgərlərinin sərhədlərini qoruyarkən verdiyi qurbanların xatirəsini yad etmək üçün Pakistanda milli müdafiə gün kimi qeyd olunur.  6 Sentyabr tarixi, 1965-ci ildə Hindistan qoşunlarının Pakistanın Pəncab bölgəsinə hücum etmişdir. O zaman bir çox Pakistan əsgərləri  ana vətənləri üçün vuruşaraq şəhid oldular. Siz fotolardanda görə bilərsiniz ki bu döyüş çox dəhşətli olub. Bu gün Pakistan üçün çox önəmli gündür”.

 

O, qeyd edib ki, 6 sentyabr milli birlik ruhunun və Pakistanın hər cür təcavüz və həmlələrdən qorunma əzminin, iradəsinin vəhdəti günüdür.

Semral Cavad
Xəqani Hüseynov
Apa Tv

Müəllif | Apa.Tv
Apa.tv