Papalıqdan könüllü imtina edən Yozef Rattsinqer dünyasını dəyişdi
Qeyri-adi addım ataraq 2013-cü ildə taxt-tacdan əl çəkdikdən sonra “Təqaüddə olan pontifik” titulunu alan XVI Benedikt (Yozef Rattsinqer) bu gün 95 yaşında vəfat edib.
“Alman dalğası” agentliyinin verdiyi xəbərə görə, Benedikt 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək pontifik postundan istefa verib. Bununla da o, 1415-ci ildən sonra ilk Roma Papasıdır ki, könüllü olaraq Roma Katolik Kilsəsinin rəhbəri postundan imtina edib. XVI Benedikt 500 il sonra Müqəddəs Taxtda olmuş ilk almandır.