Parkinqin 12 saatı 80 AZN oldu - "AYNA qiymətləri hədsiz qaldırır və qıcıq yaradır"
Parkinq qiymətlərindəki artımla bağlı yaranmış suallara cavab tapmaq üçün AYNA-ya müraciət etdik. Qurumdan bildirildi ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində olan lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s. qeyri-qənaətbəxş vəziyyətdədir. Mövcud avadanlıqların təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Buna görə də mövcud tariflər dəyişdirilib. Sual yaranır - parkinq gəlirlərinin xərclərdən az olduğunu anlamaq, hesablamaq üçün bu qədər vaxt lazım idi? Hər halda gəlirlə xərc müqayisəsinə gec də olsa, başlayıblar. Buna baxmayaraq indiyədək baş verə biləcək faciələrdən heç kim sığortlanamayıbmış. AYNA-nın açıqlamasında deyildiyi kimi, yanğından mühafizə sistemi qənaətbəxş deyil. Yəni yanğın olsa, 30 manat ödəyinin 30 minlik, 80 AZN verənin də 80 min manatlıq avtomobili yana, heç utilizasiyaya da yararsız vəziyyətə düşə bilər. Sürücülər çıxış və liftlərdən istifadə edə bilməyəndə isə insan tələfatı da qaçılmazlaşır. Onu da qeyd edək ki, parkinqdə 4000-dək avtomobilin parklanması üçün yer var. Bu isə həm də 4 min insan deməkdir. LƏMAN SALEHOVA RASİM BƏHRAMİ APA TV