14:23 13 may 2022 106
Ana səhifə Xəbərlər

Parkları dağıdan icra başçılarına medal verilsin - Sabir Rüstəmxanlı

“Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.


APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.


Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın