13:56 25 noyabr 2022 41
Ana səhifə Xəbərlər

Parlamentdə istintaq üzvlərinə vəsaitin ayrılması təklif olundu

“Ölkədə ilin sonuna 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir. Bu, kifayət qədər böyük rəqəmdir. Faktiki olaraqs məhkəmə qərarlarının icra olunmamasının səbəbi bununla bağlıdır”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, vətəndaşların narazılığı əsasən məhkəmələrin ədalətsiz qərar qəbul etməsi, yaxud ədalətli qərarların icra edilməməsi ilə bağlıdır: “Məhkəmə qərarlarının icrası üçün büdcədən vəsait ayrılmalıdır. Bu, dövlətçilik üçün çox mühümdür. Əgər məhkəmə qərarları icra olunmursa, bu investorları da ölkəyə investisiya qoymaqdan çəkindirəcək. Xahiş edirəm ki, hökumət üzvlərindən bu istiqamətə vəsait ayırsınlar”.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın